partnerLogo

Türkiyənin qabaqcıl və innovativ kibertəhlükəsizlik şirkətlərindən biri olan "LastGuard", bizim xarici tərəfdaşlarımız arasındadır. Bu əməkdaşlığın nəticəsində LastGuard şirkətinin təlimçiləri kibertəhlükəsizlik sahəsi üzrə kursumuzda təhsil alan tələbələr üçün onlayn təlimlər təşkil edir. Bu da tələbələrimizə kibertəhlükəsizlik sahəsində praktiki təcrübə qazanmağa imkan verir. Peşəkarlarla bu qarşılıqlı əlaqə potensial karyera imkanlarına qapı açır. Bu çox yönlü yanaşmanın nəticəsi olaraq LastGuard-ın onlayn təhsil proqramları ənənəvi təhsil modellərindən fərqlənir. LastGuard tərəfdaşımız olaraq Ar-Ge (Tədqiqat və İnkişaf) araşdırmaları nəticəsində kibertəhlükəsizlik məhsulları inkişaf etdirməklə yanaşı, kibertəhlükəsizlik testləri, məsləhətlər, təlimlər və müxtəlif kibertəhlükəsizlik həlləri təqdim etməyi hədəfləyir. LastGuard şirkətinin təcrübəli təlimçi heyəti Kİber Təhlükəsizlik tədrisi müddətində tələbələrə dəyərli biliklərini ötürürlər.