FAQ

Ünvan haradadır?

Codelandia Academy Bakı şəhəri, N.Nərimanov rayonu, Nadir Əliyev küçəsində, Gənclik və Nərimanov metrolarından 10 dəqiqəlik məsafədə yerləşir.

Proqramlaşdırma öyrənmək üçün riyazi biliklər vacibdirmi?

Proqramlaşdırmaya yeni başlayanlar üçün ilkin riyazi biliklərin olması və analitik düşünmə bacarıqlarını inkişaf etdirməsi kifayətdir.  İrəli səviyyədə riyazi biliklər xüsusi tələb olunan ixtisaslar üçün daha vacib rol oynayır. Məs: Maşın Proqramlaşdırma.

Dərslər hansı müddət ərzində keçirilir?

Dərslərin keçirilmə vaxtı və müddəti hər bir tədris proqramına görə müxtəliflik təşkil edə bilər. Günün istənilən fərqli vaxtları üçün mövcud olan qruplarımız barədə məlumat əldə etmək üçün "Müraciət et" bölməsinə yazaraq əməkdaşlarımız tərəfindən cavablandırıla bilərsiniz.

Dərslərə qoşulmaq üçün ilkin baza bilikləri vacibdir?

Mərkəzimizdə təhsil almaq üçün ilkin baza biliklərinə sahib olmaq vacib deyil. Çünki, bütün dərslər təməl səviyyədən ilkin biliklər öyrədilməklə keçirilir.

Tədrisi bitirən tələbələr sertifikatla təmin olunur?

Tədris mərhələsini uğurla bitirən hər bir tələbəyə Codelandia Academy tərəfindən sertifikat təqdim olunur.

“Conversation club”a qoşulmaq üçün ingilis dili kurslarına yazılmaq mütləqdir?

Xeyr. İngilis dili dərslərinə qatılmadan sadəcə “Conversation club” üçün ödəniş edərək iştirak etməyiniz mümkündür.

Distant formada tədris olunan dərsləriniz mövcuddur?

Bəli. Dərslərimiz Əyani, Distant və Hibrid formada olmaqla tədris olunur. Dərslərə qoşulmaq istəyən hər kəs özünə uyğun tədris  formasını seçə bilər.

Akademiyada tələbə olmaq üçün yaş limiti var?

Mərkəzimizdə bütün yaş kateqoriyalarını əhatə edən tədris proqramları mövcuddur. Beləliklə, hər hansı bir yaş limiti olmadan dərslərdə iştirak etmək mümkündür.

"Codelandia"da təqaüdlü təhsil imkanı mövcuddur?

Bəli. Həm "İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi"nin təsis etdiyi "Technest" təqaüd proqramı üzrə, həm də "Dövlət Məşğulluq Agentliyi" ilə olan əməkdaşlığımız üzrə tələb olunan şərtləri ödəyən seçilmiş tələbələr təqaüdlü təhsil imkanı əldə edir.

Dərslərə başlamaq üçün şəxsi kompüterimin olması vacibdir?

Bəli. İstər ev tapşırıqlarının vaxtında edilməsi, istərsə də daimi araşdırma və öz üzərinizdə işləmək üçün tələblərə cavab verən şəxsi kompüterinizin olması mütləqdir.