Haqqımızda

About

Codelandia Tədris Mərkəzi, dünya standartlarına uyğun təlim-tədris prosesini təcrübəli müəllimlər və ixtisaslı təlimçilərlə həyata keçirir. Tədris prosesi nəzəri və praktiki hissədən ibarətdir ki, bunun hesabına tələbələr çox sürətli və keyfiyyətli təhsil almağa təkan verir. Dünyanın texnologiya liderləri ilə qurduğumuz tərəfdaşlıqlar əsasında yüksək səviyyəli tədris prosesinin yanında beynəlxalq praktikaya əsaslanan təcrübə proqramı ilə bacarıqlarınızı inkişaf etdirə bilərsiniz. 

 

IT sahəsində ölkəmizin inkişafını və irəliləməsini təmin etmək məqsədi ilə bir sıra tərəfdaşlıqlar qurmuşuq. Nümunə olaraq, Türkiyədə peşəkar ekspertlərin çalışdığı LastGuard şirkəti ilə imzaladığımız memorandumu və dünyaca məşhur professorların dəstəklədiyi İsrailin Ben-Gurion Universiteti ilə “Data Science” və “Cyber Security” sahələrindəki əməkdaşlığımızı qeyd etməliyik. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşkil etdiyi “Technest” proqramı, Dövlət Məşğulluq Agentliyilə əməkdaşlığımızın və digər layihələrimiz nəticəsində tələbələrimiz müxtəlif ixtisaslar üzrə təqaüdlü təhsildən yararlana bilərlər.

Missiyamız

Mission

Texnologiyanın günü-gündən inkişaf etdiyi bu dövrdə gələcəyinizi təmin etmək üçün bu yola çıxdıq. Missiyamız Azərbaycanda proqramlaşdırma sahəsinin inkişafına töhfə vermək, gənclərə bu yolda yardım etmək və tədris keyfiyyətini yüksəltməkdir. IT və proqramlaşdırma sahəsindəki bütün yenilikləri, trendləri izləyir və onları tədris proqramlarımızda tələbələrlə bölüşürük. Məzun olan tələbələrimizə gələcək tədrisində və karyera qurmalarında dəstək göstəririk. Çünki, hər bir Codelandia tələbəsinin uğuru - bizim uğurumuzdur!

Üstünlüklərimiz

Advantages

Kiçikdən-böyüyə bir çox insanın IT və proqramlaşdırma sahəsində böyük bir potensiala sahib olduğunu bilirik. Bu potensialı üzə çıxarmaq və inkişaf etdirmək üçün çalışırıq. Yerli və xarici şirkətlərlə etdiyimiz əməkdaşlıqlar, peşəkar müəllim və təcrübəli təlimçi heyəti, bootcamp proqramı bizim əsas üstünlüklərimizdəndir. Kursu bitirən tələbələr beynəlxalq səviyyədə tanınan sertifaktlar və diplomlarla təmin edilir, onların karyera qurmasında dəstəyimizi veririk. Zəmanətli təhsil, mentor dəstəyi, praktika əsaslı dərslər, real layihələr və daha nələr, nələr sizi tədris mərkəzimizdə gözləyir. Tədris zamanı mərkəz daxilində müxtəlif məzmunlu təlim və seminarlar təşkil edərək, tələbələrimizin gələcək zamanlarda daha yaxşı karyera fürsətlərini əldə etmələrini asanlaşdırırıq. Bir sözlə, "sıfırdan" başlayaraq ilk iş yerini tapana qədər tələbələrimizin yanında oluruq.

Sualınız var? Biz buradayıq!

Man