Student

Gülşən Bayramova

Qrafik dizayner

Kursumuzda 4 aylıq qrafik dizayn təhsili alan tələbəmiz Gülşən Bayramova ilə tanış olun. Bakı Dövlət Universitetinin sosiologiya üzrə təhsilini davam etdirən Gülşənin yaradıcılıq yolu 2-ci kursdan başlamışdı. 

Bacarıqlarını təkmilləşdirmək istəyən Gülşən "Technest" təqaüd proqramı ilə Codelandia Proqramlaşdırma Mərkəzini kəşf etdi. O, təqaüdü qazanan 8 nəfərdən biri oldu və beləliklə, dizayn dünyasına daxil olmaq şansı qazandı. 4 aylıq təlim ərzində Gülşən zəngin bilik və praktiki bacarıqlar əldə etdi və yaradıcılığını yeni zirvələrə aparan işlərə imza atdı. Dörd aylıq təlim proqramınını bitirən Gülşənin bacarığı və istedadı Codelandia komandasının diqqətini çəkdi və nəticə etibarilə kurs onu heyətimizin bir üzvünə çevirdi.

Quote

Bir dizayn hazırlayarkən nə kimi şeylər sizi ilhamlandırır?

Qrafik dizaynla məşğul olarkən məni ən çox ilhamlandıran musiqilərdir. Musiqinin ritmi, tonları və melodiyaları, dizayn prosesində mənə dərin bir həyəcan və enerji verir. Dizayn hazırlayarkən, əsasən, yavaş və romantik melodiyalar, pianoda çalınan əsərlər mənim zehnimi təmizləməyə, ideamı formalaşdırmağa kömək edir. Musiqi mənim yaradıcı fikirlərimi formalaşdırır, seçimlərimə təsir edir.

Qrafik dizayn sahəsinə yeni başlayanlar üçün tövsiyələriniz nədir?

Qrafik dizayn sahəsinə yeni başlayanlara ən böyük tövsiyəm təcrübə toplamağa fokuslanmalarıdır. Mümkün qədər çox layihələr üzərində işləməklə və təcrübə qazanmaqla öz bacarıqlarını inkişaf etdirməlidirlər. Təcrübə ilə birlikdə səhvləriniz və uğursuzluqlarınızdan dərslər çıxarın! Dizaynın əsas prinsiplərini öyrənmək və mövcud peşəkarların işlərini araşdırmaq və fərqli mənbələrdən istifadə etməyi tövsiyə edirəm. Hər zaman yeniliklərə və trendlərə açıq olun və qrafik dizaynın qlobal ənənələri ilə də tanış olmaqdan çəkinməyin!

Qrafik dizayn sizin üçün nə deməkdir?

Qrafik dizayn mənim üçün yaradıcılıq və özünü ifadə etmək üçün inanılmaz bir yoldur. Mənim fikrimcə, dizayn sahəsi ideyalar və yaradıcılıqla formalaşır. Maraqlı ideyaların və həvəsin varsa, texniki bilikləri formalaşdırmaq çox daha asan olur. Bu yalnız rəngləri və formaları birləşdirmək məntiqindən çox kənara çıxır, ideyaları vizual olaraq heyrətamiz əsərlərə çevirməkdən ibarətdir. Bu idelarımızın şah əsərə çevirməkdə də bizə Codelandia-nın peşəkar müəllimləri və mentorları dəstək olur.

Codelandia Proqramlaşdırma Mərkəzində biz inanırıq ki, qrafik dizayn fərdlərə öz bədii potensiallarını kəşf etməyə imkan verən maraqlı səyahətdir. Kurslarımız qrafik dizayn haqqında hərtərəfli anlayışı təmin etmək üçün nəzərdə tutulmuşdur, burada tələbələr əsas prinsiplər və texnikaları öyrənə bilərlər.

Sualınız var? Biz buradayıq!

Man