Student

Lalə Əliyeva

Backend Developer

Tanış olun. Bu Əliyeva Lalədir. Azərbaycan Dövlət İqtisad Universitetinin İnformasiya təhlükəsizliyi ixtisası üzrə 3-cü kurs tələbəsidir. Lalə təhsilinin 2-ci ilində Python öyrənməyə qərar verir və “Technest” təqaüd proqramı vasitəsilə Codelandia Proqramlaşdırma Mərkəzi ilə tanış olmaq şansı qazandı. 7 aylıq Python kursu üçün həvəslə müraciət etdi və 3 qəbul mərhələsini uğurla tamamladıqdan sonra isə 10 təqaüdçüdən biri oldu. Proqramın detallı öyrənilməsinin 4-cü ayında olmasına baxmayaraq, Lalə peşəkar müəllim heyətinin köməyi ilə başlanğıc nöqtəni xeyli qabaqlayıb. Onun hədəfləri, özünə olan inamı və hər zaman araşdıraraq öyrənmə həvəsi gələcəkdə kursu uğurla başa vurmağına, həmçinin güclü bir Python tərtibatçısı olacağına inandırdı. Və beləliklə Lalə karyerasının ilk addımlarını Codelandia-nın köməyi ilə atmış oldu.

Quote

Python öyrənmək istəyən tələbələr üçün tövsiyələriniz nələrdir?

Öncəliklə onu qeyd edim ki, Python digər dillərə nisbətən daha rahat anlaşıla bilən bir proqramlaşdırma dilidir. İlk öyrənməli olduğunuz hissə isə alqoritmdir. Python çox məşhur bir dil olduğu üçün onunla bağlı tədris vəsaitləri həddindən artıq çoxdur. Rahatlıqla araşdırma edərək öyrənə bilərsiniz. Həmçinin, pythonla məşğul olan insandan fikir ala bilərsiniz. Bu sizin daha təcrübəli insanlardan faydalanmağınız üçün önəmlidir. Öyrəndiyiniz yeni məlumatları daha yaxşı anlamağın yolu isə real proyektlər üzərində işləməkdir. Real proyektlər üzərində işləmək həm sizə təcrübə qazandırır, həm də “error”lara aşina olursunuz.  Və ən əsas məsələ ruhdan düşməməkdir. Bəzən 1 erroun üzərində saatlarla düşünməli olursunuz, ya da ümidsizliyə qapılırsınız. Öyrənərkən yaranan çətinliklər sizi ruhdan düşməyə deyil, daha əzmlə çalışmağa sövq etməlidir. Və son olaraq, düzgün “roadmap” və mentor dəstəyi ilə daha rahat şəkildə uğur qazana bilərsiniz. Bu iki komponenti özündə birləşdirən Codelandia sizin üçün ən doğru seçim olacaq.

Python ilə ilk tanışlığınız necə olub və niyə bu dili öyrənməyi seçmisiniz?

Hələ abituriyent zamanından proqramlaşdırma sahəsinə marağım var idi. Bu səbəbdən ixtisas seçiminində də proqramlaşdırma sahəsindən davam etməyi seçdim. Mən uzun zaman idi ki, bir çox sahədə üstünlüyü ilə fərqlənən bir dil axtarışında idim və araşdırmalarım nəticəsində Python proqramlaşdırma dili ilə tanış oldum. Data science, Cybersecurity, game development, web development kimi sahələrdə ortaq istifadə edilən dilin Python olması onu seçmək üçün yetərli səbəbdir. Düşünürəm ki, bir dil nə qədər geniş və zəngin kitabxanaya malikdirsə, o dil bir o qədər yaxşıdır. Elə məhz buna görə də Python.

Böyük bir "error"la qarşılaşdığınız zaman nə edirsiniz?

İlk öncə özüm həll etməyə çalışıram. Bəzən çox sadə səhvlər etmiş oluram, məsələn hər kəsin başına gələn mötərizələri bağlamamaq kimi kiçik səhvlər. Əgər yazdığım kodda hər hansı səhv tapa bilmirəmsə, internetdə axtarış edirəm. Python çox məşhur proqramlaşdırma dili olduğu üçün istifadəçi sayı kifayət qədər çoxdur və mənim kimi “error”la qarşılaşan çox sayda istifadəçi var. Digər istifadəçilərin belə bir “error”la qarşılaşdığı zaman nə etdiyini araşdırıram və yaxud digər istifadəçilərin “error”la bağlı hansı təklifləri var onları nəzərdən keçirirəm. Bu zaman “stackoverflow” və “reddit” saytları mənim çox köməyimə çatır. Əgər bu üsulların heç biri ilə problemimə cavab tapa bilmirəmsə, son olaraq mentorumuza müraciət edirəm. Mentorumuzun doğru yönləndirməyi nəticəsində nəyi yanlış etdiyimi və ya “error”a səbəb olan hissəni necə yazacağımı mənə başa salır. Beləliklə, problem həll edilmiş olur.

Sualınız var? Biz buradayıq!

Man