Student

Ləman Məmmədova

Python Developer

Azərbaycan Texniki Universitetində İnformasiya texnologiyaları və sistem mühəndisliyi ixtisası üzrə təhsil alan magistr tələbəsi Məmmədova Ləmanla tanış olun. Yaradıcılığa və dizayna olan marağı onu mühəndislik təhsili ilə yanaşı Python inkişafını davam etdirməyə sövq etdi. Bununla belə, o, bu sahədə bilik və bacarıqlarını təkmilləşdirməyə ehtiyac duyurdu. Magistr təhsilinin 1-ci kursunda Python dilinin inkişafına olan sevgisini kəşf edən Ləman bu sahə üzrə olan bilik və bacarıqlarını inkişaf etmək qərarına gəldi. 

Təsadüf nəticəsində Ləmanın Python təcrübəsini inkişaf etdirmək üçün platforma axtarışı AZTU-nun rəsmi səhifəsindəki "Technest" təqaüd proqramının elanı vasitəsilə Codelandia Proqramlaşdırma Mərkəzinə gətirib çıxardı. Elanı gördükdən sonra həvəslə qeydiyyatdan keçən tələbəmiz Ləman təqaüdü qazanmaq üçün lazımi olan 3 mərhələni tamamladıqdan sonra bir çox müraciətlər arasından proqram üçün seçilən şanslı tələbədən biri oldu. Beləliklə Codelandia-dakı təcrübəsi onun Python inkişafına olan həvəsini daha da artırdı.

Quote

Python ilə ilk tanışlığınız necə olub və niyə bu dili öyrənməyi seçmisiniz?

Python proqramlaşdırma dili ilə ilk tanışlığım universitet zamanlarıma təsadüf edib, lakin ilk başlarda bu dil haqqında çox az məlumata sahib idim. Amma zaman keçdikcə düşündüm ki, daha detallı məlumat əldə edə biləcəyim və mənə kodu sevdirəcəyim bir mühit tapmalıyam. Və beləliklə, Codelandia Proqramlaşdırma Mərkəzi ilə tanış oldum. Bu dili öyrənmə səbəbim python ilə kod yazmaq daha asan və maraqlıdır. Sintaksisi sadə olduğu üçün kiçik kodla böyük işlər görə və yazdığımız kodları təkrar-təkrar istifadə edə bilirik. Python ilə təkrarlığa asanlıqla yol verərək yazdığımız funksiya və ya siniflərdən istifadə etməklə mürəkkəbliyi minimuma endirə bilərik. Beləliklə, layihə böyüsə belə, nəyi və harada istifadə etdiyimizi bildiyimiz üçün kodlara müdaxilə etmək bizim üçün daha asan olur.

Böyük bir "error"la qarşılaşdığınız zaman nə edirsiniz?

Kursa yeni başladığım zamanlarda yaranan “error”ların səbəbini müəllimimizdən soruşanda bizə sadəcə "bol-bol araşdırma et" deyirdi və bu bizim  üçün çox yorucu və sıxıcı gəlirdi, həm də heç xoşumuza gəlmirdi. Ancaq zaman keçdikcə anladım ki, həqiqətən araşdırma qabiliyyətinin inkişaf etdiyini gördükcə daha çox şey öyrənmək və ən çətin “error”lara belə hazırlıqlı olursan və cavab tapmaq çox daha asan olur. Artıq “error”un səbəbini tapmaq sevindiricidir və əyləncəli bir ana çevrilir.

Səni kod yazarkən nə motivasiya edir?

Özümü hər zaman gələcəyin uğurlu devoleperi olaraq xəyal edirəm və buda məni kod yazarkən çox ilhamlandırır və buna nail olmaq üçün hər zaman ən yaxşısını etməyə çalışıram. Öyrənmə prosesində öyrəndiyim yeni biliklər, maraqlı təcrübələr, yaranan fərqli problemlər məni hər zaman həyəcanlandırır. Bu da mənim üçün əsl motivasiya mənbəyidir.  Çalışdığım qədər gündəlik tasklarımda kod yazarkən həll etməli olduğum problemlərə diqqətimi cəmləyirəm və bu problemləri həll etmək üçün əlimdən gələni etmək məni həvəsləndirir və kreativ fikirlər yaratmağıma səbəb olur. Daha sonra digər motivasiya mənbəyim isə kod yazmaqda ustalaşmış insanların yaratdığı kod nümunələridir. Çünki onların uğuları məni həvəsləndirən faktorlardan biri olmuşdur.
 
Sualınız var? Biz buradayıq!

Man